XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2016 - 10:43

Azərbaycanlılar bu ölkəyə axın edir- 3 ayda 700 min nəfər

Bu ilin yanvar-mart aylarında Gürcüstana 2 milyon 290 min nəfər xarici vətəndaş gəlib. Onlardan 707,8 mini Azərbaycan vətəndaşlarıdır. Azərbaycan bu göstərici ilə Gürcüstanı ziyarət edən xaricilər sırasında birinci yerdədir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ikinci yerdə 549,3 min nəfərlə Türkiyə dayanır. Hesabat dövründə Gürcüstan sərhədlərindən 485,1 min ədəd minik, 82,5 min avtobus, 120 min yük avtomobili keçib. Minik avtomobillərinin əksəriyyəti Azərbaycana, avtobus və yük avtomobillərinin çoxu Türkiyəyə məxsusdur.

Gürcüstanın dəniz sərhədlərindən isə 41 ölkənin bayrağı altında 1,3 min gəmi keçib(azərbaycan).