XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2016 - 12:12

Sabah hava necə olacaq?- PROQNOZ

bahar_fotograflari_50

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 2-də hava şəraiti dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Mayın 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22 , dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb.