UEFA türkiyəli hakim Cüneyt Çakıra daha bir vacib oyunun idarəçiliyini tapşırıb.
Goal.az xəbər verir ki, Çakır Çempionlar Liqasının yarımfinalının cavab oyunları çərçivəsində keçiriləcək "Bavariya" – "Atletico" matçına təyinat alıb. Türkiyəli referinin köməkçiləri Cem Satman və Tarık Ongun olacaq.
Cüneyt Çakır Çempionlar Liqasının yarımfinalının "Mançester Siti" – "Real" oyununu da idarə etmişdi.
"Bavariya" ilə "Atletico" arasındakı cavab oyunu mayın 3-də, Almaniyada keçiriləcək. İlk oyunda Madrid klubu 1:0 hesablı qələbə qazanıb.