Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər saxta partiya bileti ilə bağlı yaranmış qalmaqala münasibətini bildirib.
Strateq.az bildirir ki, sosial şəbəkədə status yazan İ. Qəmbər Müsavatdan siyasi mühacir statusu almaq istəyənlərə pul müqabilində arayış verməkdə ittiham edən şəxsin – Elnur Mirzəyevin açıqlamasına toxunub:
“Yazıda ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: “Və məni partiyaya apardılar, orda qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər. “…apardılar, …bildirildi, …zəng gəldi, …qovluq verdilər…”.
Kim??? Kimlər???
Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar”.