Qazaxıstan Prezidenti Nursultan Nazarbaev ölkəsindəki son etirazları Ukrayna münaqişəsilə müqayisə edib. Qazaxıstanda hökumətin dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları özəlləşdirmək qərarı etirazlara səbəb olub.
Nazarbaev mayın 1-də xəbərdarlıq edib ki, milli birliyin pozulması təhlükəlidir. O, Ukraynadakı siyasi, iqtisadi və sosial qarışıqlığı misal gətirib.
Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçıların münaqişəsi davam edir. 2014-cü ilin martında Moskva Ukraynanın Krım vilayətini anneksiya edib.
“Keçmiş Sovet İttifaqında ikinci böyük ölkə olan Ukrayna iqtisadiyyatı hazırda Qazaxıstan iqtisadiyyatının yarısına bərabərdir. Çünki birlik yoxdur, məqsəd yoxdur, tapşırıqlar yerinə yetirilmir”- deyə, Nazarbayev Milli Birlik günündəki çıxışında deyib. Bu arada bəzi şəhərlərdə etirazlar davam edib. Əhali iyulun 1-dən dövlət torpaqlarının hərracı çıxarılması planına etiraz edirlər.