XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 09:29

Məşəli daşıyacaq tanınmışlar: SSRİ xalq artistləri, Avroviziya ulduzları, xanəndələr- SİYAHI

avropa oyunlar loqo.jpg

1-ci Avropa Oyunlarında məşəl daşıyacaq tanınmış sənətçilərin adları bəlli olub.

Strateq.az bildirir ki, bu barədə vinegret.az saytı məlumat yayıb. Siyahıda xalq artistləri Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Amaliya Pənahova, Alim Qasımov, Mənsum İbrahimov və əməkdar artist Ədalət Şükürov da var.

Məşəldarlar arasında qocaman xanənədmiz Arif Babayev də olacaq. Onunla bərabar məşəli SSRİ xalq artisti Arif Məlikov, SSRİ xalq rəssamı Tahir Salahov daşıyacaq.

Siyahıda həmçinin Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə yer alır. Aysel Teymurzadədən və Səfurə Əlizadədən başqa, bütün Avroviziya təmsilçilərimiz də məşəl prosesində olacaq.

Hər məşəl daşıyan üçün 160 metrlik məsafə müəyyən edilib. Bu proses 6-11 iyun tarixində baş tutacaq.

Məşəl daşıma prosesi sonradan video klip kimi hazırlanaraq Avropa Oyunlarının açılış mərasimində nümayiş ediləcək. Amma məşəli yandıracaq şəxsin adı indiyə qədər sirr saxlanılır.