XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 10:48

Siyavuş Novruzovun Feysbuk profili saxta çıxdı- Deputatdan açıqlama

siyavush.jpg

“Sosial şəbəkələrdə – istər “Facebook”da, istərsə “Twitter”də, o cümlədən digərlərində heç bir ünvanım, hesabım, yaxud da profilim yoxdur. Mən ümumiyyətlə, sosial şəbəkə istifadəçisi deyiləm”.

Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə onun adından verilən fikirlərə münasibətini bildirərkən deyib. YAP İcra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa həmin fikirlərini yalnız mətbuat vasitəsilə ictimai rəyə çatdırır: “Azərbaycanda kifayət qədər mətbuat orqanları fəaliyyət göstərir. Bu və ya digər məsələlər barədə kim fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və maraqlandırılan suallara mənim tərəfimdən kfayət qədər dolğun cavab verilir. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı “rəylər”, “qeydlər” olursa, hər kəs 100 faiz əmin olsun ki, bu saxtakarların işidir. Biriləri adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək”.