XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2016 - 15:19

Nazir Ramin Quluzadə ilə görüşmək istəyənlərin diqqətinə! –Qəbul tarixi və saatı bəlli oldu

ramin

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 5-də saat 12.00-da Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlaya bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlar Şamaxı rayonunda (02026) 51466, Qobustan rayonunda (02024) 52330, Ağsu rayonunda (02022) 65099, İsmayıllı rayonunda (02028) 54444 nömrəli telefonlara zəng edə bilərlər.