XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

02 May 2016 - 15:45

Kolleclərə tələbə qəbulu elan edildi –TQDK

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasından tələbə qəbulu elan edib. 

Strateq.az Modern.az-a istinadla xəbər verir ki, qəbul qaydaları və qəbul elanı "Abituriyent” jurnalının 3-cü sayında çap olunub.

Jurnalın bu sayında həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ərizəsi”nin doldurma qaydası, onun nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ötən ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da "Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib