XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

02 May 2016 - 19:12

TQDK tələbə qəbuluelan etdi

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasından tələbə qəbulu elan edib.

TQDK-dan bildiriblər ki, qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının üçüncü sayında çap olunub. Jurnalın bu nömrəsində həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ərizəsi”nin doldurma qaydası, onun nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ötən ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib.

Jurnalın üçüncü nömrəsini və xüsusi buraxılışını aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.