XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

02 May 2016 - 22:16

Müdafiə naziri Zakir Həsənovhərbi həkimlərə təlimat verdi

zakir

Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri, Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri və tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə müharibə şəraitində hərbi həkim kadrlarının hazırlanmasının vacibliyini vurğulayan Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev qarşıda duran vəzifələrdən danışıb və şəxsi heyətin diqqətinə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırıqlarını çatdırıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli fakültənin maddi-texniki bazasından və tədris otaqlarında yaradılan şəraitdən razılığını bildirib. Müəllim və kursant heyəti ilə görüşdən məmnunluğunu ifadə edən rektor pedaqoji kollektivin bundan sonra da həm xidmətdə, həm də kadrların hazırlanmasında böyük uğurlar qazanacağına ümidvar olduğunu bildirib.

Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Fəxrəddin Ağayev vurğulayıb ki, fakültənin müəllim və mütəxəssisləri bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək hərbi səhiyyəmiz üçün yüksək səviyyəli kadrlar hazırlayacaqlar.