XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2016 - 11:47

Zaqatalada polis məntəqəsini partladan vəhhabilərələ keçdi

polis

 

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

 APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri – Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.

 Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

 Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

Qeyd edək ki,  Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.

Keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.