XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 13:03

Polis Nardaranda qul kimi işlədilən Azərbaycan və Ukraynavətəndaşlarını tapdı

 

qul

DİN Azərbaycan və Ukrayna vətəndaşlarının qul kimi uzun müddət işləməyə məcbur edildiyini  müəyyən edilib.

Bu barədə DİN-in rəsmi saytı məlumat yayıb. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.