XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 13:41

Rayonlarda şimşək çaxacaq, yağış yağacaq… –Sabahın hava proqnozu

hava yagis

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 10-14  dərəcə, gündüz 18-23 dərəcə isti olacaq. Mülayim cənub küləyi əsəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz  21-26, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteroloji amillərin zəif və mülayim tərəddüdü meterohəssas insanlar üçün əsasən əlverişlidir.