XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 13:56

Prezidentin yaratdığı qurumun tərkibi açıqlandı:Vüsal Qasımlı icraçı direktor təyin olunub

ilham-eliyev-teze

2016-cı il mayın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb və Mərkəzin Müşahidə Şurasının üzvləri təyin edilib.

Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynovdur.

İclasda Mərkəzin fəaliyyətinin təşkili və strateji inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Müşahidə Şurasının qərarına əsasən Vüsal Əfras oğlu Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru təyin edilib. Vüsal Qasımlı iqtisad üzrə fəlsəfə doktorudur.