12-28 iyun aralığında Bakıda keçiriləcək I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.
I Avropa Oyunları Əməliyyat Komitəsi xəbər verir ki, mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı “Bakı-2015″in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.
Medalları “Azərsuvenir” şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış “Adamas” zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı “Bakı-2015″in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində “Bakı-2015″in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.
Birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq (Modern.az)