XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2016 - 16:23

Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında tədbir –"Mühazirəçi mübadiləsi"

mudafie-n-1

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sloveniyada "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirin məqsədi ölkəmizin tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və həqiqətlərimiz barədə geniş auditoriyaya məlumatın çatdırılması, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir:

"Müdafiə Nazirliyinin Beynəlxlaq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində "Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı" mövzusunda mühazirə ilə çıxış edib, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib".

Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargahın nümayəndələri iştirak ediblər.