Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda çıxış edən MSK katibi Arifə Muxtarova 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması ilə bağlı məlumat verib.
Məsələ səsverməyə qoyularaq təsdiq edilib.
İclasda 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası da təsdiqlənib.
APA