XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 20:08

Təhsil Nazirliyi müsabiqə elan etdi- Müəllimlərin yerdəyişməsi ilə bağlı

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqə elan edib.

Nazirlikdən bildiriblər ki, müsabiqə üç mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər mayın 3-dən 10-dək www.miq.edu.az/baku  səhifəsi vasitəsilə elektron qaydada qeydiyyatdan keçə bilərlər.