Mayın 4-də Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü, Qarabağ qazisi Asif Yusiflinin kasassiya şikayətinə baxılacaq. Şikayət A.Yusifli barəsində aşağı instansiya məhkəməsinin çıxardığı həbs hökmündəndir.
Proses saat 12.00-da başlayacaq. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.