XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 13:23

Əhməd Davudoğlu:“Rusiya ilə əvvəlkindən də yaxşı əməkdaşlıq etmək istəyirik"

ehmet

“Türkiyə və Rusiya biri-birinə ehtiyacı olan iki ölkədir".

Bunu Türkiyən baş naziri Əhməd Davudoğlu "Al Jazeera Turk"-ə müsahibəsində deyib.

Baş nazir bildirib ki, rəsmi Ankaranın məsələ ilə bağlı mövqeyi dəyişməyib: "Bütün açıqlamalarımızda demişik ki, Türkiyə və Rusiya tarixən iki qonşu dövlətdir, Türkiyənin Rusiyaya, Rusiyanın da Türkiyəyə ehtiyacı var". (Report)

Ə.Davudoğlu vurğulayıb ki, təyyarə hadisəsi Rusiyaya qarşı yönəlməmişdi: "Ora Suriya torpağıdır. Təyyarənin mənsub olduğu dövlət də məlum deyildi. Torpağımız və hava məkanımızı qormaq haqqımız var. Rusiya həmin hadisəni özünə qarşı atılmış addım kimi qəbul etdi. Təyyarənin hava məkanımızı pozması hadisəsi əslində Türkiyəyə qarşı idi. Bunu anlayacaqlarına ümid edirəm. Yenidən Rusiya ilə əvvəlki kimi əməkdaşlıq etmək istəyirik, hətta əvvəlkindən də daha yaxşı".