XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 18:36

Fransız qəzeti Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə etdi

farnsız qazet.jpg

AzərTAC-ın yaydığı məlumata görə, Fransanın “Contrepoints” portalında “Dağlıq Qarabağ münaqişəsi: Fransa vasitəçi kimi rolunu yerinə yetirməlidir” adlı məqalə yerləşdirilib.

Məqalədə Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, onun Cənubi Qafqaz regionunun inkişafına vurduğu ziyandan, problemin həlli istiqamətində dünya birliyi tərəfindən kifayət qədər səy göstərilməməsindən bəhs edilir. Dağlıq Qarabağ münaqişəsinin daim gündəmdə olduğu diqqətə çatdırılır.

Məqalədə bildirilir ki, Azərbaycan çoxsaylı maraqların toqquşduğu Cənubi Qafqaz kimi həssas bir regionun aparıcı dövlətidir. Zəngin enerji resurslarına malik, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Ermənistanın Azəbaycana qarşı ərazi iddiaları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun inkişafına ciddi maneə yaradır.

Müəllif ATƏT-in Minsk qrupunun 20 ildən artıqdır bu problemin həllində vasitəçilik etməsinə baxmayaraq, onun fəaliyyətinin indiyədək nəticəsiz qaldığını qeyd edir. Məqalədə ikili standartlardan da bəhs edilərək beynəlxalq birlik tərəfindən Ukrayna məsələsində nümayiş etdirilən mövqenin ərazisinin 20 faizi işğal altında olan Azərbaycana münasibətdə göstərilmədiyi vurğulanır.

Qeyd edilir ki, may ayında qondarma “Dağlıq Qarabağ respublikası” “prezidenti”nin Fransaya səfəri və bu səfər çərçivəsində ölkənin bir sıra şəhərləri ilə “dostluq xartiyaları”nın imzalanması rəsmi Parisin Minsk qrupunun həmsədri kimi münaqişənin həllində vasitəçilik roluna kölgə salır.

Müəllif vurğulayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də Ukrayna məsələsi kimi bütün Avropaya bəlli olmalıdır. Bu gün Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə hökm sürən durğunluğu görür.