XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 19:36

“Exo Moskvı”radiosunun rəhbəri: “Prezident Klintonun ayağına bir təpik vurdum…”-FOTO

klitnton venediktov.jpg

Rusiyanın populyar jurnalisti, “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov ABŞ prezidenti Bill Klintonun Moskvada olarkən radioya müsahibəsi zamanı baş vermiş maraqlı hadisəni danışıb.

2000-ci ildə Rusiyada rəsmi səfərdə olan ABŞ prezidenti Bill Klinton “Exo Moskvı” radiostansiyasına gələrək burada canlı yayımda dinləyicilərin suallarını cavablandırıb.

Venediktov həmin anları belə xatırladıb:

“Prezident Klinton studiyaya gələrkən çox yorğun görünürdü. Putinlə 4 saatlıq danışıqlar, üstəgəl Kremldə bir saatlıq mətbuat konfransı… O bu kiçik, dar studiyaya nəyə görə gəldiyini belə fəhm edə bilmirdi. Klinton möhkəm acmışdı. Mənə dedi ki, səhərdən bəri cəmi bir banka “Koka-kola” içib”.

Bundan sonra canlı efir başlanıb. Venediktovun raketlərin yerləşdirlməsi barədə ilk sualına Klintonun cavabı uzun –uzadı olub.

“Klintonun cavabı uzun və yorucu oldu. Mən başa düşdüm ki, onu saxlamaq lazımdır. Ancaq necə? 18 kamera Klintonun hər bir hərəkətini izləyirdi. Bu zaman mən stolun altından Klintonun ayağına bir təpik vurdum. Yəni ki, “daha bəsdir də”. Prezident dərhal başa düşdü. Cavabı 12 saniyədə yekunlaşdırdı”.

Bundan sonra baş verənlər də maraqlı olub. “Mənim sual vermək növbəm çatdı. Mən yavaş-yavaş, tələsmədən növbəti sualı verməyə başladım. Birdən ayağıma güclü zərbənin dəydiyini hiss elədim. Klinton əvəz çıxaraq timsah dərisindən olan ayaqqabısı ilə mənə möhkəm bir təpik vurdu. Zərbə elə güclü oldu ki, sümüyümü zədələdi. Başa düşdüm: Bu Klintonun mənə “uzatma” işarəsi idi. Mən iki gün ayağımı yerə basa bilmədim”-deyə Venediktov bildirib.

Yerigəlmişkən, bu canlı yayım zamanı Klinton bəyan edib ki, SSRİ-nin dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranmasını dəstəkləyir.

X. SƏFƏROĞLU