Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Fins.az xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı qərarla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC bundan sonra Nəqliyyat Nazirliyinin tabeliyində olmayacaq.
Bu qurum Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.