XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 14:25

İŞİD Moskvada 9 may paradı zamanı terror aktı planlaşdırıb-Terrorçu həbs olundu

 

isid moskva

Moskvada 9 may – Qələbə günü törədilməsi planlaşdırılan terror cəhdinin üstü açılıb.

Strateq.az bildirir ki, İŞİD mayın 9 – da “Ölməz polk” yürüşünün iştirakçılarını atəşə tutmaq üçün hazırlıq aparırımış.  Təhlükəsizlik qüvvələri 32 yaşlı Qırğızstan vətəndaşı Aybek Saidovu tutublar. İstintaqa məlum olub ki, 2015-ci ilin oktyabrında Moskvaya işləmək üçün gəlmiş Saidovun cəhdləri nəticəsiz qalıb. O, “odnoklassiniki” şəbəkəsində qeydiyyatdan keçdikdən sonra İŞİD üzvləri ilə tanış olub.  Onlar yaxşı pul müqabilində Saidova  Moskvada “qırmızı toy” eləməyi təklif ediblər. Terrorçular yürüş iştirakçılarına atəş açmağı belə adlandırıblar.  Saidov avtomatla təmin olunub.  Lakin FTX bu plandan xəbərdar ola bilib. Saidovun qaldığı mənzilə daxil olmaq istəyərkən terrorçu atəş açıb. Atışma nəticəsində Saidov ayağından yaralanıb.  Ona qarşı “terrora haqzılırq” maddəsi ilə cinayət işi açılıb. Saidov günahını boynuna alıb və istintaqla əməkdaşlıq edəcəyinə söz verib.