XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 16:04

334 nəfərin ölkədən çıxışına qadağa qoyuldu- Vergi borcuna görə

Ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız fiziki şəxslərə şamil olunurdusa, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən yanvarın 1-dən etibarən hüquqi şəxslərin icra qurumlarının rəhbərlərinə də bu qadağalar şamil edilib.

Vergilər.az saytı bildirir ki, ölkə qanunvericiliyi vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə vermir.

Məlumata görə, vergi öhdəliklərini yerinə yetirməyən və vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan vergi ödəyiciləri az deyil. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi borcuna görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısına əsasən, ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı 219, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 115 nəfərdir.

Bu rəqəmlər borcun ödənilib-ödənilməməsinə uyğun olaraq mütəmadi dəyişir.