XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 17:31

Belarusdan Yerevana cavab:“Biz milli maraqlarımızı qorumaq üçün hər şey edirik”

 

ribakov

“Biz milli maraqlarımızı qorumaq üçün hər şey edirik. Əgər bu kimlərisə qane etmirsə biz dialoq aparmağa hazırıq”.

Strateq.az bildirir ki, bu sözləri Belarus xarici işlər nazirinin müavini Valentin Rıbakov ölkəsinin yeni hərbi doktrinasının Ermənistan tərəfindən tənqid olunmasını şərh edərkən bildirib: “Belarus Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşları ilə özünün yeni hərbi doktrinasını müzakirə etməyə hazırdır. Amma bununla yanaşı bəyan edirəm ki,  yalnız milli maraqlarımzı əsas götürəcəyik”.

Nazir müavini qeyd edib ki, Belarus heç vaxt kiminsə xeyri üçün iş aparmayıb.   

“İstənilən sənədi, hətta Bibliyanı da tənqid etmək olar”, -deyə Rıbakov vurğulayıb ki, Belarusun hərbi doktrinası istisnasız olaraq müdafiə xarakterlidir.

Xatırladaq ki, yeni sənəd Belarusa ölkə xaricində hər hənsı hərbi əməliyyatlarda iştirak etməyi qadağan edir. Odur ki, bu doktrina KTMT-nin üzvü olan Ermənistanın narazılığıan səbəb olmuşdu.