XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 19:23

Komitə sədri şikayətçiləri qəbul etdi,tapşırıqlar verdi

mubariz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ sakinlərini qəbul edib.

Komitədən verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər:

"Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb".