XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2016 - 10:55

Şəhid leytenantın kredit borcu silinəcək –Bankdan açıqlama

bank

Aprelin 2-də döyüşlərdə qəhrəmancasına şəhid olan leytenant Orucəliyev Qabil Əbdüləli oğlunun kredit borcu tamamilə silinəcək.

Bu barədə "Kapital Bank"ın Mətbuat katibi Pərviz Sədrəddinov məlumat verib.

Onun sözlərinə görə, "Kapital Bank"ın Neftçala filialının müştərisi, şəhid olmuş Orucəliyev Qabil Əbdüləli oğlunun adına olan kredit silinəcək. Hazırda silinmə sənədləri hazırlanır. Kredit borcu 4 may 2016-cı il tarixinə 6525 manat təşkil edir(Femida.az).

Xatırladaq ki, Q.Orucəliyev Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu dünyaya göz açıb. Amma Orucəliyevin oğlunun nə səsini eşidib, nə də üzünü görüb.