Bakının ən böyük prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrin hərəkəti məhdudlaşıb.
Sürücülərə alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə etmələri tövsiyə olunur. Qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil edilib.