XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2015 - 16:33

FİFA-dakı gizli 10 milyon dolların taleyi bəlli oldu

BBC, FİFA-nın keçmiş vitse-prezidenti Cek Uornerin nəzarət etdiyi bank hesablarına köçürülmüş 10 milyon dolların necə xərcləndiyinə işıq salan səndlərə çıxış əldə edə bilib.

Karib hövzəsinin Cənubi Afrika icması arasında futbolun dəstəklənməsinə nəzərdə tutulmuş pul vəsaiti Cek Uornerin nəzarət etdiyi bank hesablarına Cənubi Afrika Respublikası adından köçürülüb.

Sənədlərdən belə nəticəyə gəlmək olar kı, Cek Uorner həmin pul vəsaitindən nağd pul çıxarılması, götürdüyü bank kreditlərinin ödənilməsi və pul yuyulması kimi məqsədlər üçün istifadə edib.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Trinidad və Tobaqodan olan 72 yaşlı siyasətçini korrupsiya cinayətlərində şübhəli sayır.

Cek Uorner ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib.

2008-ci ildə Cek Uorner Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin futbol təşkilatları assosiyasının rəhbəri olduğu dövrdə həmin assosiyasıyanın hesabına 10 milyon dollar pul vəsaiti köçürülmüşdü.

Sənədlərə görə, həmin vəsaitdən 4,86 milyon dollar Trinidadın “JTA Supermarkets” iri supermarketlər şəbəkəsinə köçürülübmüş.

ABŞ prokurorlarının iddiasına görə, həmin pulunn böyük hissəsini sonradan yerli valyutatada Cek Uornerə qaytarılıb.