XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

06 May 2016 - 13:02

Milli Məclis bir sıra qanunları təsdiq etdi –Türkiyə ilə Azərbaycan sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

suruculuk-vesiqesi

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Türkiyə ilə Azərbaycan arasında bir sıra sənədlər təsdiq edilib.

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" Protokol və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Saziş təsdiq edilib.

Trend.az