XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 May 2016 - 16:33

“Gizli videoçəkiliş aparmağa cəhd ediblər” –Dövlət Komissiyasından ermənilərə daha bir ittiham

ermeni esgeri

“Aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş vermiş müharibə zamanı Azərbaycan hərbçilərinin meyiti düşmənin nəzarətində olan ərazidə qalıb. Bundan sonra, aidiyyəti və beynəlxalq qurumlarla birlikdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə hərbçilərimizin meyitləri düşmənin nəzarətində olan ərazidən götürülüb. Lakin meyitlər götürülən zaman Ermənistan xislətinə uyğun olaraq əldə edilmiş atəşkəs rejimini pozub, gizli videoçəkiliş aparmağa cəhd edib”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, Ermənistan bir qayda olaraq təmas xəttində həlak olan insanların meyitlərini gizlətməklə psixoloji təzyiq metodundan istifadə edir: “Buna bariz misal Ermənistanın 2010-cu ildə təmas xəttində şəhid olan Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olmasını uzun müddət təkzib etməsidir”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

APA