XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2015 - 07:26

Beynəlxalq donorlar bəzi Azərbaycan QHT-lərini maliyyələşdirməyin konspirativ formasını tapıb

Məhərrəm Zülfüqarlı: “Dövlətin əlaqədar qurumları bu məsələni ciddiyə almalıdır”

“Bəzi QHT-lər Gürcüstan və Ukraynada hesab açaraq, gizli maliyyələşməyə üstünlük verir”

Məlum olduğu kimi, Azərbaycan hüquq-mühafizə və vergi orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir sıra xaricdən maliyyələşən QHT-lərə qarşı cinayət işləri qaldırılıb.
Elan olunmuş ittihamlara görə, hazırda bir çox QHT rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib. İttihamlar müxtəlif aspektləri əhatə edir. Əsasən vergidən yayınma, ayrılan pulların mənimsənilməsi çoxluq təşkil edir. Təbiidir ki, bələ mənzərənin yaranması beynəlxalq donorları qane etmir. Bu səbəbdən də xarici donorlar Azərbaycan QHT-lərilə işləməyin başqa variantını tapıblar.
Hazırda Azərbaycan hakimiyyətinə loyal münasibət sərgiləyən QHT-lərin heç birinə qrant ayrılmır. Donorların razılaşmasına görə, həmin qrantlar radikal müxalif mövqeyində olan QHT-lərə ayrılacaq. Azərbaycanda bu sahədə qanunvericiliyin möhkəmlənməsi bunu bir qədər mümkünsüz edir. Ancaq donorlar bunun da çıxış yolunu tapıb. Həmin QHT-lərin adına Gürcüstan və ya Ukraynada bank hesabları açılır və maliyyə ora köçürülür. Radikal mövqeyilə seçilən QHT rəhbəri pulun köçürldüyü həmin ölkələrdən birinə səfər edir və cibində nağd pulla geri dönür.
Beynəlxalq donorların bu iş prinsipini nə dərəcədə məqbul saymaq olar?


“Demokratik cəmiyyətlərdə QHT-lərin donorlar tərəfindən maliyyələşməsinə normal yanaşırlar. Cünki bu proses şəffaf olacağı təqdirdə demokratikləşməyə kömək edir. Ancaq Azərbaycanla bağlı əks prosesin aparıldığının şahidi oluruq. Azərbaycanı istəməyən qüvvələr donor adı ilə Azərbaycanda elə layihələri həyata keçirməyə çalışırlar ki, bütün bunlar dövlətçiliyin zəiflədilməsinə hesablanır. çox müsbət haldır ki, Azərbaycanın səlahiyyətli qurumları belə cəhdlərin qarşısını alır. Onlara nəzarət gücləndikcə, bəzi QHT-lər Gürcüstan və Ukraynda hesab açaraq gizli maliyyələşməyə üstünlük verir. Bu da ona gətirib çıxarır ki, həmin QHT-lər Azərbaycanın səlahiyyətli qurumlarına hesabat vermir. Nəticə etibarilə Azərbaycanda həyata keçirilən layihələrdən rəsmi qurumların xəbəri olmur. Belə olanda isə həmin QHT-lər gizli şəkildə Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olur. Normal QHT-lər öz fəaliyyətini şəffaf şəkildə qurmuş olarsa, heç bir problemlə üzləşməzlər. Hesab edirəm ki, dövlətin əlaqədar qurumları bu məsələni ciddiyə almalıdır”.