XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 05:29

Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

peyk_1.jpg

“Azərkosmos” ASC Yerin məsafədən zondlaşdırılması üçün ikinci aşağıorbitli peyki əldə etməyi planlaşdırır. Bunu Trend-ə ASC-dən deyiblər.

Hazırda ASC-nin ixtiyarında 1 stasionar (Azerspace-1) və 1 aşağı orbitli peyk (AzerSky) var. İkinci stasionar peykin buraxılması 2017-ci ilə planlaşdırılıb, bundan sonra orbitə ikinci aşağıorbitli peykin buraxılması nəzərdə tutulur. ümumilikdə qarşıdakı illərdə Azərbaycan 4 peykə sahib olacaq.

Yerin məsafədən zondlaşdırılması üçün sayca ikinci peyk məsələn, fövqəladə hallar zamanı yerin fotoşəklinin çəkilməsi, kənd təsərrüfatında isə ekoloji problemlərin həlli və kartoqrafiya üçün istifadə ediləcək.

Strateq.az