XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 07:24

ASDP-nin sədr müavinləri Ermənistandadır

araz.jpg

Azərbaycan Sosial Demokrat Partiyasının sədr müavinləri Səlahəddin Allahevrdiyev və Yaşar Əsədov Ermənistandadırlar.

Strateq.az bildirir ki, ASDP rəsmiləri Sosialist internasionalının (Sosintern) Yerevanda keçirlən iclasında iştirak etmək üşün düşmən ölkəyə gediblər.

8-9 iyun tarixlərində Yerevanda keçirləcək Sosinterinin Qafqaz və Qara dəniz ölkələri üzrə komissyasının iclasında regionda demokratiyanın güclənməsi və münaqişələrin həlli barədə müzakirələr aparılacaq.

ASDP sədri Araz Əlizadə Strateq.az-a açıqlamasında bildirib ki, ASDP rəsmilərinin Yerevana getməsini vacib edən o iclasda Qarabağla bağlı münaqişənin müzakirəsidir. “Biz düşmən torpağında Qarabağ həqiqətlərini üzbəüz demək üçün ora getməyi qərara aldıq”, – deyə A. Əlizadə bildirib.

Sosinternin iclasında Rusiya, Ukrayna, Gürcüstan, Qazaxstan, Belarus, Moldova, Macarıstan və Qırğızstanın sosial-demokrat partiyalarının nümayəndələri iştirak edir.

Xatırladaq ki, 2010-cu ildə Bakıda keçirlən Sosinternin iclasında Ermənistanı “Daşnaksutun” partiyasının nümayəndələri təmsil edib.

Strateq.az