XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2016 - 15:12

Leyla Əliyeva müharibə və əmək əlillərini ziyarət etdi- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

Heydər Əliyev Fondu mütəmadi olaraq bu pansionatda görüşlər təşkil edir. Budəfəki ziyarəti zamanı Leyla Əliyeva pansionatda yaşayanlara müxtəlif sovqatlar verib, o cümlədən öz şeirlər kitabını imzalayaraq hədiyyə edib və şeirlərindən bəzilərini oxuyub.

Müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpusun açılışı olub.