XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

07 May 2016 - 18:45

“Kəpəz”-“Xəzər-Lənkəran”oyunu başa çatdı - 3:0

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları davam edir.

“Xəzər-Lənkəran” doğma azarkeşlər önündə “Kəpəz”lə üz-üzə gəlib. Bu matç Gəncə təmsilçisinin ikinci pillənin sahibi “Zirə”yə yaxınlaşmaq baxımından əhəmiyyət kəsb edib. Komandalar ölkə çempionatlarında 15 dəfə qarşılaşıb. Bunların 10-da “Xəzər-Lənkəran”, 4-də isə “Kəpəz” qalib gəlib və 1 oyunda heç heçə qeydə alınıb. “Kəpəz” cənub səfərindən Gəncəyə 3:0 hesablı qələbə ilə yollanıb.

“Kəpəz”in ilk qolu 42-ci dəqiqədə Kərim Diniyevdən gəlib. Ardından Julyen Ebah 49-cu dəqiqədə fərqi ikiyə çatdırıb. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Orxan Əliyev qoyub.

Beləliklə, qələbə sayəsində xalını 55-ə çatdıran “Kəpəz” üçüncü pillədəki yerini möhkəmlədib. “Xəzər-Lənkəran” isə turnirin doqquzuncusu olmaqda davam edir(azərtac).