XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

07 May 2016 - 19:24

Ölkəyə külli miqdarda siqaret keçirmək istədi- Gömrükdə saxlanıldı

Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda 3 fakt üzrə minik avtomobillərindən gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən 54 min 800 ədəd siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, siqaretləri ölkə ərazisinə gətirməyə çalışan şəxslər tütün məmulatlarını avtomobillərin müxtəlif yerlərində gizlətməyə çalışsalar da gömrükçülərin sayıqlığı nəticəsində qaçaqmalçılıq hallarının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.