XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

07 May 2016 - 19:27

“Zirə” böyük hesablaməğlub oldu

Mayın 7-də Azərbaycan Premyer Liqasında XXXIII turun oyunlarına start verilib.

Turun bütün qarşılaşmaları eyni gündə oynanılır.

Günün mərkəzi görüşündə debütant “Zirə” “Qəbələ” klubunu qəbul edib. Gümüş medala iddialı və doğma meydanda uduzmağa adət etməyən Adil Şükürovun komandası sona iki tur qalmış “Qəbələ”yə məğlub olub – 0:3. Belə ki, Rafael Santos matçın 25-ci dəqiqəsində hesabı açıb. İkinci hissədə Ermin Zets daha iki qol vurub. O, 47 və 79-cu dəqiqələrdə dubl müəllifi olub.

Beləliklə, xalını 63-ə çatdıran “Qəbələ”nin dördüncü pillədəki mövqeyi dəyışməz qalıb. “Zirə” də uduzmağına baxmayaraq 60 xalla turnir cədvəlində ikinciliyini qoruyub(azərtac).