Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində “Rəvan” futbol klubu “İnter”i qəbul edib.
Bayıl stadionunda təşkil olunan matçda “İnter” komandası 4:0 hesabı ilə qalib gəlib. Oyunun 23-cü dəqiqəsində Abbas Hüseynov hesabı açıb. Görüşün 43 və 56-cı dəqiqələrində Mirsahib Abbasov dubl edib. Nizami Hacıyev isə 90-cu dəqiqədə dördüncü topu rəqib qapısından keçirib.
Hesabında 50 xal olan “İnter” turnir cədvəlində beşinci, “Rəvan” isə 14 xalla sonuncu pillədə qərarlaşıb(azərtac).