XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 09:53

Ərdoğanın kürəkəni, Öcalanın isə qardaşı qızı deputat oldu
Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak da Türkiyə Böyük Millət Məclisinə mandat qazananlar sırasındadır. Parlamentə düşən maraqlı isimlərdən biri də son prezident seçkilərində namizəd olan 72 yaşlı Əkmələddin İhsanoğludur. İhsanoğlu namizədliyini MHP-dən vermişdi. Həm Albayrak, həm də İhsanoğlu İstanbuldan seçiliblər.
Tanınmışlardan keçmiş futbolçu Hakan Şükür (müstəqil namizəd), Mustafa Sarıgül (CHP) isə parlamentə düşməyən namizdlərdir.
Maraqlıdıdr ki, Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, 96 qadın mandat qazanıb. Onlardan 41-i parlamentdə hakim AKP-ni təmsil edəcək. HDP-dən olan qadın millət vəkillərinin sayı isə 31-di. CHP-dən 20, MHP-dən isə 4 qadın millət vəkili seçilib.

HDP-dən deputat seçilən qadınlardan biri hazırda həbsdə olan PKK terror təçkilatının lideri Abdulla öcalanın qardaşı qızı Dilək öcalan olub.
Azadlıq.info