XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 May 2016 - 12:46

Şimşək çaxacaq, yağış yağacaq –Sabahın hava proqnozu

yagis

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinə istinadən xəbər verir ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-22 , Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu,  nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağış gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25,  dağlarda gecə -3-8 ,  gündüz -14-19  dərəcə isti olacaq.