XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2016 - 14:44

“UEFA U-17”:Bu gün ikinci turun oyunları keçiriləcək

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində ikinci turun oyunları keçiriləcək.

A və B qruplarında yer alan milli komandalar növbəti matçlarına çıxacaqlar.

Ukrayna və Avstriya milliləri arasında oyuna saat 14:00-da 8-ci kilometr qəsəbə stadionunda start veriləcək. B qrupunun digər oyununda Almaniya komandası Bosniya və Hersoqovina millisi ilə qarşılaşacaq. Oyun saat 19:00-da “Dalğa Arena”da başlayacaq.

Millimizin çıxış etdiyi A qrupunun ilk görüşü də Şüvəlanda – “Dalğa Arena”da (15:30) keçiriləcək. Qitə birinciliyinə qələbə ilə başlayan Portuqaliya komandası bu dəfə Şotlandiya millisinə qarşı oynayacaq. Azərbaycan futbolçuları isə saat 19:00-da 8-ci kilometr qəsəbə stadionunda Belçika komandası ilə qarşılaşacaqlar(azərtac).