XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

08 May 2016 - 17:01

Azərbaycan erməniləri vahiməyə salan silahlarınistehsalına başlayır

spige-silah

Azərbaycan iri hərbi texnikaların idxalı ilə yanaşı, artıq onun ölkədə geniş istehsalını da planlaşdırır. Aprel döyüşlərindən sonra Ermənistan ordusunu vahiməyə salan, hədəfi vurmaq gücündə olan pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanda istehsalına başlanılacaq.

Bunu ANS TV-yə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun sözlərinə görə, yaxın üç ay ərzində "Zərbə" adlı yeni nəsil PUA-nın sınaqlarına start veriləcək: "Azərbaycan artıq müxtəlif mənzilli raket texnologiyalarının istehsalına da başlayacaq. Bütün silah-sursatın istehsalı üçün ölkəmizdə zavodun açılması planlaşdırılır".

Nazir bildirib ki, artıq iyun yaxud iyul ayının sonlarına həmin zavodun açılışını planlaşdırırlar: "İyul ayının axırından sonra da Azərbaycan Silahlı Qüvvələrində olan bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq. 100, 122, 130, 152 və 155 millimetrlik bütün döyüş sursatları da ölkəmizdə istehsal ediləcək. Bu da bizim bütün silahlanmada olan altilleriya və tankların tam şəkildə döyüş sursatları ilə təminatına şərait yaradacaq".

Yavər Camalov müxtəlif mənzilli raket texnologiyalarının da ölkəmizdə istehsalının planlaşdırıldığını qeyd edib. Nazir bildirib ki, qarşıya qoyulan əsas tapşırıqlardan biri müxtəlif mənzilli idarəolunan raketlərin texnologiyasının Azərbaycana gətirilməsi və onların burada istehsalıdır: "Yer-yer, hava-yer və hava-hava". Bu istiqamətdə elmi tədqiqat instutu işləyir. Bundan başqa həmin texnologiyanın Azərbaycana gətirilməsi istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Türkiyənin "Raketsan" şirkəti ilə bu istiqamətdə danışıqlar aparılır. Cənubi Afrikanın müvafiq şirkəti ilə də danışıqlar davam etdirilir. Bundan başqa Malaziyada yerləşən Braziliyaşirkətlərindən biri də razılıq verdi ki, onlar bu texnologiyanı Azərbaycana ötürməyə hazırdırlar".