XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2016 - 18:15

Şəhid gizirin medalı Lerikdə ailəsinə təqdim olundu- FOTO

Cəbhə bölgəsində ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olmuş Milli Ordunun giziri Ruslan Qalib oğlu Ağayevin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı mayın 8-də onun ailə üzvlərinə təqdim olunub.

Bu münasibətlə şəhidin doğulduğu Lerik rayonunun Pirasora kəndindəki tam orta məktəbin həyətində keçirilən medalın təqdimolunma mərasimində Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsəməddin Abbasov və başqaları ölkəmizdə ordu quruculuğu sahəsində və aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurları diqqətə çatdıraraq Vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayevin daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.

Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub.

Şəhid gizirin atası Qalib Ağayev oğlunun Vətən torpağı uğrunda şəhid olmasından qürur duyduğunu vurğulayaraq oğlunun xatirəsini əziz tutduqlarına və ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Mərasimin sonunda məktəblilər hərbi-vətənpərvərlik mövzuusnda şeirlər söyləyiblər.

Qeyd edək ki, 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Qazax bölgəsindəki “N” saylı hərbi hissəsində müddətdən atrıq xidmət keçən Milli Ordunun giziri, 1991-ci il təvəllüdlü Ruslan Qalib oğlu Ağayev döyüş postunda olarkən düşmən gülləsindən şəhid olub.