XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 15:18

Azərbaycan növbəti şəhidi ilə vidalaşdı –FOTO

eli-sehid-esger

Bu gün Azərbaycan növbəti şəhidini son mənzilə yola salıb.

Şəhid Əli İntiqam oğlu Heydərov mayın 9-da  doğulub boya-başa çatdığı Abşeron rayonu, Qobu qəsəbə qəbiristanlığında dəfn olunub. İzdihamlı dəfn mərasimində minlərlə insan iştirak edib(Gün.Az).

Qeyd edək ki, Ə. Heydərov 1997-ci ilin may ayının 10-da Qobu qəsəbəsində fəhlə ailəsində anadan olub.

Hərbi xidmətini başa vurmağa 6 ayı qalan Ə. Heydərov dünən, mayın 8-də cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olub.

Ə.Heydərovgil ailədə 4 uşaq olublar, onun iki qardaşı və bir bacısı var.

Şəhidimizin sabah 19 yaşı tamam olacaqdı…

Ə.Heydərov şəhid olmazdan bir neçə gün əvvəl ailəsi ilə sonucu dəfə danışanda isə  "deyəsən, mən də şəhid olacağam" deyibmiş…

Şəhidimizə Allah rəhmət etsin!