XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 13:38

Putin Ərdoğanla seçkini və gələcək əməkdaşlığı müzakirə edib – Kremldən açıqlama
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, Putin hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Eyni zamanda iki lider enerji sahəsindəki ortaq layihələr haqqında da danışıblar. Kremlin mətbuat xidmətindən verilən açıqlamada bildirilir:
“Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının 7 iyundakı parlament seçkilərində əldə etdiyi müvəffəqiyyətə görə təbrik edib. Bununla yanaşı, liderlər ikitərəfli əməkdaşlığın prioritet mövzularını, enerji sahəsindəki ortaq layihələrin həyata keçirilməsindəki problemləri müzakirə ediblər”.
Xatırladaq ki, iki ölkə lideri son dəfə Kazanda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında görüşüblər.