XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 13:44

HDP-nin azərbaycanlı deputatı: “Məqsədim kürdlərlə azərbaycanlıların qardaşlığını təmin etməkdir”

kiznas.jpg

Türkiyədə son parlament seçkilərində İğdırdan azərbaycanlı Kıznas Türkeli HDP-nin namizədi olaraq millət vəkili seçilib.

Strateq.az azərbaycanlı millət vəkili barədə bir sıra məlumatları araşdırıb.

1962-ci ildə İğdırın Mələkli kəndində dünyaya göz açan Türkeli ailədəki 10 uşaqdan 7-cisidir. Uşaq vaxtı orta təhsilini tamamlaya bilməyən yeni deputat sonralar İstanbulda diplom ala bilib. Hələ gənc yaşlarından solçu dairələrə qoşulan Kıznas Türkeli 16 yaşından İstanbula gələrək böyük bacısının evində yaşayıb. Bir çox fabriklərdə işləyən Kıznas 1992-ci ildə Topkapıda siyasi vərəqələr yayarkən həbs edilib. Altı ay həbsxanada yatıb. Bir övladı var. Hazırda kiçik sahibkardır.

K.Türkeli mediya verdiyi açıqlamada bildirib ki, HDP-dən namizəd olmaq təklifini böyük sevinclə qəbul edib.

“Bu təklifi tərəddüdsüz qəbul etdim. Əsas məqsədim millət vəkili kimi azərbaycanlılarla kürdlərin arasında dostluq və qardaşlıq körpüsünü qurmaqdır. Bu körpünün sağlam təməllər üzərində inşa etməmiz Azərbaycan xalqını millətçi təbəqənin nəzarətindən xilas etməyə, xalqlarımız arasında qardaşcasına birliyin yarana bilməsi üçün fürsət verəcək. Deputat mandatıma AKP iqtidarına qarşı mübarizə üçün bir kürsü kimi baxıram”, – deyə millət vəkili bildirib.

Strateq.az