XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 10:24

“Elektron hökumət” portalındadaha bir yenilik

"Elektron hökumət" portalı istifadəyə verildiyi tarixdən bu günədək təqdim olunan elektron xidmətlərə müraciət sayı 23 milyondan artıqdır. Bu statistik rəqəmi portala yerləşdirilmiş sayğac vasitəsilə hər bir vətəndaş real vaxt rejimində izləyə bilər.

Portaldan bildirilib ki, elektron xidmətlərdən bəhrələnən bu istifadəçi dinamikası ölkəmizdə "Elektron hökumət" ideyasının sürətlə reallaşmasını təsdiq edir. Portalın təqdim etdiyi 424 sosial xidmət, 12 elektron arayış, 250 növ ödəmələri özündə birləşdirən elektron ödənişlər sistemi və bank xidmətlərindən istifadə sayının saniyələrlə artdığını sayğac vasitəsilə müşahidə etmək mümkündür.

"Elektron hökumət"i meydana gətirən elementlər dövlət qurumlarının, təşkilatların elektronlaşması ilə yanaşı, vətəndaşların da "elektronlaşmasıdır". Artıq elektron xidmətlərdən istifadə etmək vərdişinə yiyələnən vətəndaşların say çoxluğu xidmətlərin rəqəmsal mühitə daşınmasının zərurət olduğunu bir daha sübut edir(azərtac).